gələcək bizimdir

Cumartesi, Kasım 18, 2006

Oyan! Səttarxan Oyan!



Oyan! Səttarxan Oyan!
Fətulla zoqi

Xan!
Oyan!
Nə yatıbsan!
Sərdarsızıq ey oyan Səttarxan!

Bu gün nə yatmaq günü
Bu gün nə uymaq günü
Amanın bir günüdür
Başsızıq ey...
Baş götür yuxudan oyan Səttarxan!

Bu gün nə susmaq günü
Bu gün nə usmaq günü
Qarabağ çağırır sənı
Savaş günüdür
Baş götür daşdan oyan Səttarxan!

Aldığın azadlığımız
Danışdığın dilimiz
əskı kimligimiz
danılıb, gedir əldən ey oyan Səttarxan!

Yasağlıq yarasaları başımızda
Özgə sözcüklər qulağlarımızda
Yabancı dil dodağlarımızda
Ürəyimizin acınmış yarası, oyan Səttarxan!

Al paltarlarını gey!
Ağ kəfənini soy!
Qızıl bığlarını bur,
Papağını başına qoy,
Daraqlı fişəngini bağla,
Atışlı tüfəngini götür,
Çəkmələrını ayağlarına çək,
Oyan Səttarxan!

Sırdaşlarınıq ey
doyuşdaşlarınıq!
İnan!
Dözümlü yoldaşlarınıq,
Yatma, Qızılbaşlarınıq ey,
Oyan Səttarxan!

Doqsan ildı bı qara qurbətdə yatıbsan,
Hələdə səsləyir sənı anatorpağın Azərbaycan:
CAN! CAN!
QAN! QAN!
OYAN OYAN SƏTTARXAN!
YA TƏBRIZ SƏNI BAĞRINA BASACAQ, BALAM!
YA ƏRK QALASIN TEHRAN!

Durmasan Səttarxan!
Təbrizi Tehrana gətirəcəyik,
Səngərlərımızı başkətdə quracayıq,
Şovonim ilə elə burda vuruşacayıq,
Yanı,
Bu bəslədiyimiz şeytan-pişigi,
qulağdan-quyruğa odlayacayıq!
Və itib-batan haqlarımızı,
Ayaqlanan haqlarımızı,
Bütün İranda arayıb alacayiq!

Otuz milyon yerli-yurdlu,
Elli-obali,
Ata-babali üzgür Türkük,
Büsbütün Tehranıq, büsbütün İranıq,
Yanı İranin damarlarında axan qanıq,
Yanı Azərbacanıq!

Oyanmayırsansa Səttar,
Durmayırsansa Xan!
- sən o sevdigin anan! -
İnamını bizə tapşır,
İgitligini bizə bağışla,
ərdəmini bizə son,
və əmin ol!
Bizə bağışladığın şərəfi,
Bizə tapşırdığın inamı,
Bizə sonduğun həmiyəti,
-Analarımızın aq saçlarına and olsun,-
Canla – qanla qoruyarıq!

--------------------oOo--------------------

0 Comments:

Yorum Gönder

<< Home